QISH
Bəşəri bəla sayılan QiÇS xəstəliyi dünyanın heç bir ölkəsindən yan keçməyib. Bu gün dünyada 30 milyondan çox insan HİV-lə yaşayır ki, bunun da 95%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.
QİÇS Azərbaycanda da mövcuddur. QİÇS xəstəliyi və onun Azərbaycanda yayılması ilə bağlı bir çox maraqlı faktları Lent.az sizlərə təqdim edir.
Beynəlxalq ekspertlərin fikrincə, digər Cənubi Qafqaz ölkələri kimi Azərbaycan da xəstəliyin ilkin mərhələsində olan ölkələrdən hesab edilir.
QİÇS epidemiyası hər il milyonlarla insanın həyatına son qoyaraq, bir çox ölkələrin iqtisadi və demoqrafik əsaslarına sarsıdıcı təsir göstərir. Effektiv dərman axtarışı isə hələ nəticəsizdir. Lakin hərtərəfli və kompleks tədbirlər həyata keçirməklə xəstəliyin qarşısını almaq mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2007-ci ildə yer kürəsində QİÇS-lə yaşayan insanların sayı 33,2 milyon nəfər təşkil edir ki, onların da 15,4 milyonu qadınlar, 2,5 milyonu isə uşaqlardır.